...

İyul ayının pensiyaları tam ödənilib

Cəmiyyət Materials 16 İyul 2022 10:08 (UTC +04:00)
İyul ayının pensiyaları tam ödənilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə ödəniləcək hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti