...

Xaçmazın Qarabağlı kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2022 15:30 (UTC +04:00)
Xaçmazın Qarabağlı kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Niyazoba İnzibati Ərazi Dairəsinə daxil olan Qarabağlı kəndində səyyar qəbul keçirib.

Qəbulda Qarabağlı kəndi ilə yanaşı Niyazoba, Əbilyataq, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizat, kəndlərin qazlaşdırılması, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olundu.

Xəbər lenti

Xəbər lenti