...

Dr.İsmayıl Əfəndiyev “Kimyəvi təhlükəsizliyin təmin edilməsində səhiyyə ilə bağlı prioritetlər” mövzusunda tədbirdə iştirak edib

Cəmiyyət Materials 14 Oktyabr 2022 10:00 (UTC +04:00)
Dr.İsmayıl Əfəndiyev “Kimyəvi təhlükəsizliyin təmin edilməsində səhiyyə ilə bağlı prioritetlər” mövzusunda tədbirdə iştirak edib

Bakı. Trend:

12-13 oktyabr 2022-ci il tarixlərində Almaniya Federativ Respublikasının Bonn şəhərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə “Kimyəvi təhlükəsizliyin təmin edilməsində səhiyyə ilə bağlı prioritetlər” mövzusunda ekspertlərin görüşü keçirilmişdir. Tədbirdə 36 ölkəni təmsil edən nümayəndələr iştirak etmişdir. Görüşdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev təmsil edib.

İki gün ərzində davam edən tədbirdə insan biomonitorinqinin təşkili və bu sahədə mövcud olan təcrübə, kimyəvi maddələrin sağlamlığa təsiri riskinin qiymətləndirilməsi, cəmiyyətin həssas qruplarının davamlı üzvi çirkləndiricilərdən qurunması, kəskin və xroniki intoksikasiyaların profilaktikası, zəhərlənmə mərkəzlərinin potensialının gücləndirilməsi və digər aktual məsələlər müzakirə olunub.

Həmçinin, tədbir çərçivəsində iştirakçılar üçün "İnsan biomonitorinqinin əsasları" təlim kursu keçirilmişdir. Tədbirdə dosent İsmayıl Əfəndiyev kimyəvi təhlükəsizliyin qorunması sahəsində Azərbaycanın təcrübəsi haqqında geniş məruzə ilə çıxış etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti