Bakı. Trend:
Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə universitetdə “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının
müavini, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev,
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor
Fikrət Rzayev, Dövlət Komissiyasının İşçi Qrupunun narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair
Milli İnformasiya sektorunun müdiri Rafiq Allahverdiyev və Səbail
rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə mövzu ətrafında
çıxışlar etmişlər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən
asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o
cümlədən gənclərin asudə vaxtının səmərəli təşkil olunması barədə
ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran
suallar ətrafında geniş diskussiya aparılmışdır.
Sonda müəllimlərə İşçi Qrup tərəfindən hazırlanmış “Narkotik
vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin
müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça,
tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.