...

Şirvanda binanın yanar üzlüyü söküldü (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2023 12:05 (UTC +04:00)
Şirvanda binanın yanar üzlüyü söküldü (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan şəhəri, T.İsmayılov küçəsi 25 ünvanında yerləşən 5 bloklu, beşmərtəbəli yaşayış binasının fasad hissəsinin yanar materialdan olan lambirindən istifadə olunaraq üzlənməsi faktı aşkar edilib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yaşayış binasının sakinlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanar materialdan olan lambirin üzlüklərin sökülməsi üçün Şirvan Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb.

"Qanunvericiliyin tələblərinə uyğun olaraq Xidmət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində sözügedən yaşayış binasının fasadındakı yanar materialdan olan lambirin üzlüyün sökülməsi təmin olunub", - rəsmi məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti