...

Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Siyasət Materials 8 May 2024 16:05 (UTC +04:00)
Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Xəbər lenti

Xəbər lenti