...

Saynsdan imtina, Pereslə davam

İdman Materials 9 May 2024 03:57 (UTC +04:00)

Bakı. Trend:

Formula-1 komandası “Red Bull” Karlos Sayns ideyasından imtina edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avstriya təmsilçisi Serxio Pereslə müqavilə müddətini artırmağı planlaşdırır.

Almaniya mətbuatına inansaq, “Ferrari”də çıxış edən Saynsın “Red Bull”a yolu bağlanıb. Komanda rəhbərliyinin ispaniyalı sürücü ilə danışıqlar aparacağı gözlənilirdi. Onlar heyətdəki pilotlar - 3 qat dünya çempionu Maks Ferstappen və Serxio Pereslə davam etməyə qərar veriblər.

Qeyd edək ki, Karlos mövsümün sonunda “Ferrari”ni tərk edəcək. Onu yerini böyük britaniyalı Lyuis Hemilton tutacaq.

Xəbər lenti

Xəbər lenti