...

Prezident İlham Əliyevin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-nin xilasedicilərindən ibarət qrup yaradılıb

Gündəm Materials 20 May 2024 01:29 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-nin xilasedicilərindən ibarət qrup yaradılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti