Bakı. Trend:
İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzasına düşməsi bizi çox kədərləndirdi.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan öz "X" səhifəsində bildirib.
"Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim.
Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm", - deyə Türkiyə Prezidenti bildirib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata bilməyiblər.