Bakı. Trend:
BƏƏ-də Şarjah Masters şahmat turnirində 6-cı turun görüşləri keçirilib.
Trend İdman.biz-ə isinadən xəbər verir ki, Azərbaycan şahmatçıları günü uğurlu başa vurublar.
Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki 5 partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydın isə erməni həmkarını məğlub edib.
Bu nəticələrdən sonra Süleymanlı 4 xalla 13-cü pillədə qərarlaşıb. O, liderlərdən 1xal geri qalır. Hesabında 3,5 xal olan Məhəmməd 15-ci, Teymur isə isə 30-cu yeri tutur. Eltac 3 xal 38-cidir.
Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.