...

Bir qrup İran prezidentini aparan helikopterin sərt eniş yerinə yaxınlaşıb

Dünya xəbərləri Materials 19 May 2024 19:28 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi yerə bir axtarış əməliyyat qrupu yaxınlaşıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

Onun sözlərinə görə, hazırda bölgədə avtomobillə axtarış əməliyyatı aparmaq mümkün deyil və 40-dan çox axtarış əməliyyat qrupu əməliyyatları davam etdirir.

Kulivənd digər vilayətlərdən də axtarış əməliyyat qruplarının bölgəyə cəlb olunduğunu bildirib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti