Bakı. Trend:
Silahlı qruplaşma Sudanın mərkəzində yerləşən Gezira əyalətindəki kəndə hücum zamanı azı 8 mülki şəxsi öldürüb.
Trend-in məlumatına görə, bu barədə Gezira əyalətinin paytaxtı Vad rayonundakı müqavimət komitəsi məlumat yayıb.
Komitənin açıqlamasında bildirilir ki, silahlı qruplaşma talan etmək məqsədi ilə Gezira əyalətinin Əl-Hoş məntəqəsinin Vad Əl-Munir kəndinə hücum edib. “Hücum nəticəsində səkkiz gənc vətəndaş həlak olub, çoxlu sayda insan yaralanıb", - məlumatda deyilir.
Qeyd edək ki, Çevik Dəstək Qüvvələri adlandırılan silahlı qruplaşma 2023-cü ilin dekabrında Sudan Silahlı Qüvvələri Vad rayonundan geri çəkildikdən sonra Gezira əyalətinə nəzarəti ələ keçirib.