...

Millimizin 4 cüdoçusundan mundiala start

İdman Materials 19 May 2024 09:31 (UTC +04:00)

Bakı. Trend:

Bu gün cüdo üzrə dünya çempionatına start veriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən yarışın ilk günündə üç çəkidə qaliblər müəyyənləşəcək.

Kişilər 60 kq, qadınlar 48 kq və 52 kq çəkidə mükafatlar uğrunda mübarizə aparacaqlar. Azərbaycan millisinin 2 kişi və 2 qadın cüdoçusu tatamiyə çıxacaq.

Kişilər
60 kq

İlk mərhələdən azad olan Balabəy Ağayevin rəqibi Muhammadsoleh Quvatov (Tacikistan) - Miçel Auqsto (Braziliya) görüşündə dəqiqləşəcək.

Turan Bayramov isə Ariunbold Enxtayvanla (Monqolustan) qarşılaşacaq.

Qadınlar
48 kq

Leyla Əliyeva mübarizəyə Kristina Dudina (AİN) ilə qarşılaşma ilə başlayacaq.

57 kq
Acelya Toprakın ilk rəqibi Bayit Kussakbayeva (Qazaxıstan) olacaq.

Qeyd edək ki, mundiala Azərbaycan 8 çəki dərəcəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb.

Xəbər lenti

Xəbər lenti