...

İran prezidentinin helikopteri tapılıb

Dünya xəbərləri Materials 20 May 2024 06:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin qalıqları tapılıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

Onun sözlərinə görə, hazırda axtarış-xilasedici qrupları helikopterə doğru irəliləyir.

Kulivənd ərazinin çətin relyefli və hava şəraitinin qeyri-münasib olduğunu bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilib. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti