...

Ölkənin işlərində heç bir boşluq yaranmayacaq – İranın Ali Lideri

Dünya xəbərləri Materials 19 May 2024 21:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın işlərində heç bir boşluq yaranmayacaq.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün silahlı qüvvələrin rəsmiləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, İran xalqı nigaran və narahat olmasın. Hamı bu xidmətçilər üçün dua etsin.

“Ümid edirik ki, hörmətli prezident və onu müşayiət edənlər xalqın qucağına dönəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti