...

Türkiyə İranda helikopter qəzası ilə bağlı hadisələri izləyir - XİN

Gündəm Materials 19 May 2024 22:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İranda helikopter qəzası ilə bağlı hadisələri izləyir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.

"Ümid edirik ki, İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian sağ-salamatdırlar və qardaş İran xalqına dəstəyimizi ifadə edirik.

Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür", - deyə nazirlik bildirib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti