...

İran prezidentini aparan helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 19 May 2024 17:05 (UTC +04:00)
İran prezidentini aparan helikopter qəzaya uğrayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopter qəzaya uğrayıb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, helikopterdə olan bəzi şəxslər Uçuşa Nəzarət Mərkəzi ilə əlaqə saxlayıblar. Beləliklə, bu hadisənin heç bir itki olmadan başa çatacağına ümid olunur.

İran Prezidentini müşayiət edən heyətin 3 helikopteri olub. Onun ikisi bəzi nazir və məsul şəxsləri Təbrizə çatıb.

Bildirilir ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Təbrizdəki nümayədnsi Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahian da İran prezidentini aparan helikopterdə olub.

Qırmızı Aypara Cəmiyyətinin qüvvələri və hüquq mühafizə qüvvələri helikopteri tapmaq üçün əməliyyata başlayıblar.

Yerli sakinlər bildirirlər ki, bölgənin dumanlı olduğuna görə, bu hadisə baş verib. Lakin hadisənin səbəbi hələlik bəlli deyil. Hazırda hadisə yerinə PUA-lar göndərilib. Çətin hava şəraiti xilasedici qrupların hadisə yerinə getməsini çətinləşdirib.

Xəbər lenti

Xəbər lenti