...

İran prezidentini 40 axtarış qrupu axtarır – İranlı rəsmi

Dünya xəbərləri Materials 19 May 2024 18:57 (UTC +04:00)

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini aparan helikopterin tapılması üçün hazırda 40 axtarış qrupu işləyir.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

Onun sözlərinə görə, havanın dumanlı olduğuna görə, havadan axtarış-əməliyyat tədbirləri keçirmək mümkün deyil.
Kulivənd bildirib ki, bölgədə dağlıq ərazidir və keçilməz qayalar mövcuddur.

Cəmiyyət sədri deyib ki, axtarış əməliyyat qrupları bütün mümkün istiqamətlərində əməliyyatları davam etdirirlər.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

Xəbər lenti

Xəbər lenti