Bakı. Trend:
İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt enişindən sonra mobil telefonla əlaqə saxlayan şəxs İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi və Təbizin cümə imamı Məhəmməd Əli Ali Haşim olub.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.
Onun sözlərinə görə, Təbrizin cümə imamı iki dəfə əlaqə saxlayıb və vəziyyətinin ağır olduğunu elan edib. O həmçinin uzaqdan təcili yardım maşınının səsini eşitdiyini deyib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.