Bakı. Trend:
İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi yeni bir məkan müəyyənləşib.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.
Onun sözlərinə görə, əldə olunan məlumatlar əsasında axtarış-əməliyyat qrupları ərazidə axtarış aparırlar. Daha çox ehtimal olunan ərazilərdə axtarış əməliyyatları keçirilib.
Kulivənd deyib ki, hava şəraiti qeyri-münasibdir. Həm yağış yağır, həm də dumanlıdır.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.