...

"Mançester Siti" ardıcıl 4-cü dəfə İngiltərə çempionu oldu

İdman Materials 19 May 2024 21:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərədə 2023/2024 mövsümünün qalibi Premyer Liqanın son turunda bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Mançester Siti” ardıcıl 4-cü dəfə çempion titulunu qazanıb.

Son turda “Vest Hem”i 3:1 hesabı ilə məğlub edən Xosep Qvardiolanın yetirmələri digər oyunun nəticəsindən asılı olmayaraq, çempionluğu rəsmiləşdiriblər. “Mançester Siti”dən 2 xal geri qalan “Arsenal” “Everton”ı məğlub etsə də, bu, 1-ci yeri tutmaq üçün kifayət etməyib. “Şəhərlilər” 91, “topçular” 89 xal toplayıblar.

Qeyd edək ki, “Mançester Siti” tarixində 10-cu dəfə İngiltərə çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti