...

Rusiya FHN İranda helikopterin axtarışlarında iştirak etmək üçün xilasedicilər göndərəcək

Dünya xəbərləri Materials 20 May 2024 02:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışlarında iştirak etmək üçün Təbrizə bir qrup xilasedici göndərəcək.

Trend-in məlumatına görə, Rusiya FHN-nin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran tərəfinin xahişi ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin axtarış-xilasetmə işlərinə kömək etmək üçün Rusiya xilasedicilərindən ibarət qrup göndərməyi tapşırıb", - deyə nazirlik bildirib.

Bildirilib ki, “Tsentrospas” dəstəsinin və “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin xilasediciləri – ümumilikdə 47 nəfər yola düşməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti