Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu mayın 19-da ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanı qəbul edib.
Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, onların danışığının əsas mövzusu Qəzza zolağındakı vəziyyət, o cümlədən İsrail ordusunun anklavın cənubundakı Rəfah şəhəri ərazisində davam etdirdiyi əməliyyatlar olub.
"Rəfah məsələsi, Qəzza zolağı sakinlərinə humanitar yardım, girovların azad edilməsi üçün aparılan danışıqlar və şimal istiqamətində baş verənlərə xüsusi diqqət yetirərək, tərəflər Qəzzada müharibənin davam etdirilməsinin müzakirə ediblər", - deyə qeyd olunub.
Görüşdə, həmçinin İsrailin strateji planlaşdırma naziri Ron Dermer, Yəhudi Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk iştirak ediblər.