Bakı. Trend:
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə Şurasının iclasını keçirəcək.
Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi Yelisey sarayına istinadla məlumat yayıb.
Xatırladaq ki, şuranın əvvəlki iclası mayın 15-də keçirilib.
Daha əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirmişdi ki, Fransa hüquq-mühafizə orqanları Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərindən La Tontuta Beynəlxalq Hava Limanına gedən əsas yolu barrikadalardan təmizləyib.
Səlahiyyətlilərin son məlumatlarına görə, 230-a yaxın etirazçı saxlanılıb, polis və jandarma əlavə qüvvələri adaya gəlməkdə davam edir.