Bakı. Trend:
Nigeriya Silahlı Qüvvələri silahlıların girov saxladığı 380-dən çox insanı azad edib.
Trend-in məlumatına görə, bu barədə Silahlı Qüvvələrin rəsmi nümayəndəsi, briqada generalı Əlhəsən Haruna məlumat verib.
"Nigeriya ordusu Sambisa meşəsində əksəriyyəti qadın və uşaq olan 386 mülki vətəndaşı xilas etdi. Onlardan bəziləri 10 ildən çox idi əsirlikdəydi", - deyə o qeyd edib.
Nigeriyanın şimal-şərqində, Konduqa kəndi yaxınlığındakı Sambisa meşəsi terrorçuların qalalarından biridir.
Haruna bildirib ki, ordu bölgəni yaraqlılardan təmizləmək üçün əməliyyat keçirir.