...

“Trabzonspor” “Beşiktaş”a rəqib olub

İdman Materials 9 May 2024 00:01 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə kubokunda yarımfinalın ikinci görüşü keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Trabzonspor” “Karagümrük”ün qonağı olub.

İlk görüşdə qələbə qazanan Abdullah Avcının komandası səfərdə də uğur qazanıb. Trabzonlular fasilədən sonra 4 qol vuraraq, böyükhesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Trabzonspor” finalda “Beşiktaş”la qarşılaşacaq.

Türkiyə kuboku
Yarımfinal, cavab matçı

“Karagümrük” – “Trabzonspor” – 0:4
İlk oyun – 2:3

Xəbər lenti

Xəbər lenti