...

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarıb

Dünya xəbərləri Materials 8 May 2024 18:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarıb.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şaps məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya XİN rəhbəri Ceyms Kleverli parlamentdə çıxışı zamanı elan edib ki, Britaniya hökuməti Rusiyaya məxsus bəzi obyektlər üzərindən diplomatik mülkiyyət statusunu ləğv edəcək.

Bundan başqa, Kleverli məlumat verib ki, London rusiyalı diplomatlar üçün viza məhdudiyyətləri tətbiq edəcək. Həmin məhdudiyyətlər xüsusilə, vizaların müddəti ilə əlaqədar olacaq.

Bu addımları o, RF-nin Britaniya ərazisində kəşfiyyat fəaliyyətinə qarşı mübarizə ilə əsaslandırıb. Nazirin sözlərinə görə, bu tədbirlər “Rusiyanın Avropada, indi isə həm də Britaniyada təhlükəli hərəkətlərinə” cavab olaraq görüləcək. Bu hərəkətlər arasında o, mümkün casusluq, kiberhücum hallarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti