...

2024-cü ildə Bolqarıstan Azərbaycandan tədarük hesabına qaza tələbatın 55%-ni təmin edəcək

İqtisadiyyat Materials 8 May 2024 17:25 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycan qazının Bolqarıstana tədarükü ölkənin illik tələbatının 55%-ni ödəyəcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən Azərbaycan-Bolqarıstan biznes-forumunda bildirib.

“Biz müəssisələrimizi daha sıx əməkdaşlığa təşviq etməyə çalışırıq. Ötən ilin sonundan etibarən SOCAR şirkəti Bolqarıstanda rəsmi təmsil olunur. Azərbaycan Bolqarıstana enerji daşıyıcıları, xüsusilə təbii qazın ixracını davam etdirir. 2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac olunacaq qazın həcmi ölkənin illik tələbatının 55%-ni təmin edəcək”, - M.Cabbarov deyib.

O qeyd edib ki, həmçinin, Bolqarıstan Azərbaycanda istehsal olunan “yaşıl enerji” ixrac layihəsində (Gürcüstan vasitəsilə Aİ-yə) iştirakda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti