...

Konfrans Liqasında finala ilk vəsiqə sahibini gözləyir

İdman Materials 8 May 2024 14:58 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Konfrans Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün yeganə matçı Belçikada təşkil olunacaq.

“Brügge” öz meydanında “Fiorentina”nı qəbul edəcək. Meydan sahibləri səfərdəki məğlubiyyətin revanşını almağa çalışacaq.

Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda “Olimpiakos” “Aston Villa”nı qəbul edəcək.

Konfrans Liqası
Yarımfinal, cavab oyunu
8 may
20:45. “Brügge” – “Fiorentina”

İlk oyun – 2:3

Xəbər lenti

Xəbər lenti