...

Prezident İlham Əliyev: Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin

Siyasət Materials 8 May 2024 13:09 (UTC +04:00)
Prezident İlham Əliyev: Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Trend xəbər verir ki, bu barədə mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız deyib.

"Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələri geniş müzakirə edilmişdir və gələcək addımlar haqqında fikir mübadiləsi aparılmışdır. Sonvaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır", - Prezident İlham Əliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti