...

UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

İdman Materials 9 May 2024 09:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Trend-in məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edəcək.

Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 1:1.

İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer 04"ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.

UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gələcək. İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün qalibi finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.

Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər lenti

Xəbər lenti