...

Azərbaycan-Slovakiya münasibətləri yeni inkşaf mərhələsinə çıxır - ŞƏRH

Siyasət Materials 9 May 2024 11:32 (UTC +04:00)
Azərbaycan-Slovakiya münasibətləri yeni inkşaf mərhələsinə çıxır - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə çıxmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb.

“O zamandan etibarən iki ölkə arasında münasibətlər dinamik inkişaf yolu keçib. Bu gün iki ölkə arasında münasibətlər bir çox sahələri əhatə edir və genişlənir. Səfər çərçivəsində çox mühüm müzakirələr aparıldı və əlaqələrin daha da inkişafına imkan verəcək sənədlər imzalandı.

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında münasibətlərin inkişafına yeni bir səhifə açacaq.

Cənab Prezident İlham Əliyev Baş nazir Robert Fitso ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı imzalanmış sənədi yüksək qiymətləndirərək qeyd etdi ki, “bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yükəsk səviyyəyə qaldıran sənəddir".

Digər bir mühüm məsələ isə, iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər oldu. “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i iki ölkə arasında bu sahələrdə münasibətlərin genişlənməsinə imkan verməklə yanaşı, hər iki tərəfin müdafiə potensialının və ordunun hərbi-texniki bazasının güclənməsinə şərait yaradacaq”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir.

“Robert Fitso ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazır olduğunu diqqətə çatdırdı. Hesab edirəm ki, bundan sonra da Azərbaycan və Slovakiya beynəlxalq müstəvidə əməkdaşlığı inkişaf etdirəcək”, - deyə A. Həsənova vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti