...

Cari ilin I rübündə Azərbaycanın qaz hasilatı artıb

İqtisadiyyat Materials 8 May 2024 14:48 (UTC +04:00)
Cari ilin I rübündə Azərbaycanın qaz hasilatı artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min metrə1 yaxın qazma işləri həyata keçirilib.

Trend xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton2 neft, 2 milyard kubmetr3 qaz hasil olunub.

Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq, 12,6 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə, ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,9 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3% artaraq 6,5 milyard kubmetr7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9 milyard kubmetr8 təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artıb.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona9 yaxın neft, 923,7 milyon kubmetr10 qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti