...

Ermənistan MTX müxalifəti aksiyalarda asayişi pozmamağa çağırdı

Dünya xəbərləri Materials 9 May 2024 12:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqi zamanı qanun və konstitusiya quruluşunun pozulması hallarına yol verməmək barədə xəbərdarlıq edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Xidmətin bəyanatında qeyd olunur ki, konstitusiya quruluşuna təhdid yaradan istənilən qeyri-qanuni hərəkət müəyyən edilmiş bütün vasitələrdən istifadə olunmaqla neytrallaşdırılacaq.

"“Vətən naminə Tavuş” hərəkatı 4 kəndin Bakıya verilməsini nəzərdə tutan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə qarşı aksiyaları əlaqələndirir.

Mayın 9-da İrəvanda Respublika meydanında hərəkatın mitinqi planlaşdırılır", - xidmətin məlumatında vurğulanıb.

Qeyd edək ki, mayın 8-də Eçmiadzin dəftərxanasının rəhbəri arxiyepiskop Arşak Xaçatryan Ermənistan Milli Təhlükəısizlik Xidmətinə çağırılıb. Mənbələrə əsasən, aprelin 23-də hökumət tərəfindən təqiblərə səsəb arxiyepiskop Arşak Xaçatryanın fəallığı, onun sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri və xüsusilə məşəl yürüşü zamanı çıxışı olub.

Xatırladaq ki, Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmaya etiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb.

Buna səbəb isə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlaması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti