...

Ağdamda azyaşlını ilan sancdı (FOTO)

Hadisə Materials 9 May 2024 12:52 (UTC +04:00)
Ağdamda azyaşlını ilan sancdı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb.

C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub, ilan zəhəri əleyhinə zərdab vurulub həyatı təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti