...

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Dünya xəbərləri Materials 9 May 2024 07:19 (UTC +04:00)

Bakı. Trend:

Polşa, Finlandiya və Litva prezidentləri, eləcə də İspaniya və Belçikanın Baş nazirləri İsveçrədə (Bürqenştok kurortu) keçiriləcək Ukrayna üzrə konfransda iştirakları barədə artıq xəbər veriblər. Bundan əvvəl İtaliyanın Baş naziri Corciya Meloni konfransda iştirakı barədə bildirib.

Trend xəbər verir ki, Ukrayna üzrə konfrans 2024-cü il iyunun 15-16-da Lüsern şəhəri üzərində Nidvalden kantonundakı Bürqenştok dağında keçiriləcək.

Xatırladaq ki, 2024-cü il mayın 2-də İsveçrə hökuməti bəyan edib ki, konfransa G7, G20, BRICS qrupu, bütün qitələrdən bir çox ölkənin nümayəndələri, eləcə də Avropa İttifaqı, üç aparıcı beynəlxalq təşkilatın (BMT, ATƏT və Avropa Şurası) elçisi və iki ruhani və din xadimlərinin (Vatikan başçısı və Konstantinopol Ekumenik Patriarxı) nümayəndəsi də daxil olmaqla 160-dan çox iştirakçını dəvət edib. İştirakçıların son siyahısı konfransdan öncə dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti