...

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Dünya xəbərləri Materials 9 May 2024 11:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda iyunun 1-dən etibarən turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.

Trend bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayında qəbul edilmiş sənəddə deyilir ki, iyunun 1-dən Gürcüstana səfər edən turislər tibbi sığorta və təbii fələkətlərdən sığorta əldə etməlidirlər. Digər ölkələrin səfirlikləri artıq sığorta zərurəti ilə bağlı təlimat dərc ediblər.

Sənəd turistin ölkədə qalacağı günlər əzrində aktiv olmalıdır. Əcnəbi vətəndaşlığı olan şəxs Gürcüstanda işləyir və ya ölkədə daşınmaz əmlak sahibidirsə, yenə də sığorta təqdim etməli olacaqş Tibbi sığorta olmadığı halda həmin şəxs cərimə olunmur, lakin onun ölkəyə girişinə qadağa qoyulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti