...

Azərbaycan akrobatları Dünya kubokunun favoritləri arasında

İdman Materials 8 May 2024 20:45 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Gimnastika Federasiyası (FİG) mayın 10-da Burqasda start götürəcək Dünya kuboku öncəsi Azərbaycan akrobatlarını fərqləndirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu yarış Dünya kuboku seriyasının startı olacaq.

“Dünya çempionatının medalçıları Raziyə Seyidli və Ağasif Rəhimov ötən ilki üç Dünya kubokundan ikisinin qalibləridir. Onlar yarışda 1 titul və 2 gümüş qazanan Emi Rafaeli və Yonatan Fridmanla (İsrail) rəqabətini bərpa edəcək”.

Qeyd edək ki, bu il Dünya kuboku seriyası üç turnirdən ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti