...

Gürcüstanda leysan nəticəsində 1 nəfər ölüb, 1 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 8 May 2024 20:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan ərazisində yağan leysan yağışları paytaxt Tbilisi də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

Trend xəbər verir ki, təbii fəlakət Kaspi rayonunda bir nəfərin həyatına son qoyub.

Belə ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb və sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.

Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxaraq 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evin birinci mərtəbəsinə və ictimai-iaşə obyektinə su dolub.

Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib. Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.

Paytaxt Tbilisinin “Köhnə Tbilisi” adlanan hissəsindəki Dmitri Kipiani küçəsində torpaq sürüşməsi nəticəsində evin divarı uçub. Xəsarət alan olmasa da evlərə ciddi ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti