...

Türkiyə ilə münasibətlərdə müsbət atmosfer davam edir - Miçotakis

Siyasət Materials 9 May 2024 04:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ilə münasibətlərdə müsbət atmosfer davam edir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan baş naziri Kiryakos Mitsotakis deyib.

Türkiyə və Yunanıstanın fundamental fikirlərindən əl çəkmədiyini bildirən Miçotakis buna baxmayaraq, “ikitərəfli münasibətlərdə müsbət atmosferin” olduğuna diqqət çəkib.

“Bu, Türkiyə-Yunanıstan münasibətlərində son vaxtlar əldə etdiyimiz irəliləyişi məhv edəcək böhran yaratmaqdan qat-qat yaxşıdır” – deyə baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti