...

Florida məhkəməsi Donald Tramp barəsində prosesin başlanmasını təxirə salıb

Dünya xəbərləri Materials 8 May 2024 17:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Florida ştatının Federal Dairə Məhkəməsinin hakimi Eylin Kennon Birləşmiş Ştatların prezidenti vəzifəsindən gedəndən sonra məxfi sənədlərin qanunsuz saxlanılması ittihamı ilə Donald Tramp barəsində məhkəmə prosesinin başlannmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, daha öncə prosesin mayın 20-də başlanacağı barədə məlumat verilsə də, həm ittihamçı, həm də müdafiə tərəfləri etiraf ediblər ki, iclası təxirə salmaq lazımdır.

\2022-ci ilin avqust ayında Federal Təhqiqat Bürosu (FTB) Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində apardığı axtarış tədbirləri zamanı içərisində məxfi sənədlərin olduğu 11 ədəd qutu aşkar edərək götürüb. Tramp prezident postunu tərk edərkən həmin sənədləri Milli arxivə təqdim etməli idi, lakin bunu etməyib.

Qeyd edək ki, cari ilin fevral ayında ABŞ-nin keçmiş prezidenti Donald Tramp məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edildiyi cinayət işi üzrə qapalı dinləmələrdə iştirak edib. Tramp milli müdafiə məlumatlarını qeyri-qanuni olaraq saxlamaq, ədalətə mane olmaq üçün əlbir olmaq və yalan bəyanatlar vermək ittihamları üzrə özünü təqsirli bilməyib.

Hakim Kennon məhkəmə sənədində yazıb ki, Trampın vəkilləri müdafiə strategiyalarını və məxfi məlumatların müdafiəyə nə dərəcədə uyğun və ya faydalı ola biləcəyini ətraflı müzakirə etməyə hazır olmalıdırlar. Trampın iki əməkdaşına - əmlak meneceri Karlos de Oliveyra və şəxsi köməkçi Valtin Nautaya qarşı da ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti