...

Rəfaha hücum davam edərsə, ABŞ İsrailə silah tədarükünü dayandıracaq - Bayden

Dünya xəbərləri Materials 9 May 2024 13:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçirləri Rəfah şəhərinə tammiqyaslı hücuma başlayacaqları təqdirdə, ABŞ İsrailə silah tədarükünü dayandıracaq.

Trend xarici KİV-ə istinadən xəbər veri ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

Bayden Rəfahda yerüstü hücum davam edəcəyi halda, Vaşinqtonun bəzi növ silahların tədarükünü dayandıracağı barədə İsrailə xəbərdarlıq edib.

"ABŞ Israilin təhlükəsizliyini təmin etməyə davam edəcək", - o əlavə edib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan isə, ABŞ prezidentinin sözlərini “ağır və məyusedici” adlandırıb.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru hücumu başladacağına dair məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti