Bakı. Trend:
Şimali Makedoniya ilk dəfə qadın prezidentini seçdi.
Trend bu barədə "The Associated Press" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, müxalifətin dəstəklədiyi 70 yaşlı hüquq professoru Qordana Siljanovska-Davkova prezident seçkilərinin ikinci turunda səslərin təxminən 65%-ni toplayaraq qalib elan edilib.
“Bir qadının prezident seçilməsindən daha böyük dəyişiklik varmı? Bu irəliyə doğru böyük addımdır, islahatlara doğru bir addım atmaqda qadınların yanında olacağam", – deyə o, vurğulayıb.
Qeyd edilir ki, hakim Sosial Demokrat Partiyası prezident və parlament seçkilərində uduzub.