...

Slovakiya STRING qaz kəməri təşəbbüsünün reallaşdırılmasında perspektiv görür - Rixard Kvasnyovski

İqtisadiyyat Materials 8 May 2024 14:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya illik 5 milyard kubmetr qazın mümkün nəqlinə hesablanan “Həmrəylik halqası” (STRING) yeni regional qaz kəməri təşəbbüsünün reallaşdırılması vasitəsilə Azərbaycan qazı ala bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın neft və qaz assosiasiyasının (Slovak Gas and Oil Association, SGOA) icraçı direktoru Rixard Kvasnyovski deyib.

Kvasnyovskinin sözlərinə görə, Azərbaycan əlavə qaz ilə Norveç və ABŞ-dan başqa Avropa üçün daga bir qaz mənbəyi olan ölkəyə çevrilə bilər.

“Bu, xüsusilə şərq qaz kəməri sistemi ilə tarixi əlaqələrini nəzərə alaraq Mərkəzi və Şərqi Avriopa ölkələri üçün enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfə olardı”, - deyə Kvasnyovski qeyd edib.

O qeyd edib ki, bu mənada transsərhəd birləşmələrin ötürmə qabiliyyətinin artırılması şərti ilə Azərbaycandan çpvcud infrastruktur vasitəsilə (Türkiyədən keçməklə) qaz idxalınınn artırılmasına yönələn “Həmrəylik halqası” təşəəbbüsü vacibdir.

Kvasnyovski xatırladıb ki, Azərbaycan təbii qaz tədarükünün şaxələndirilməsi səyləri üzrə Aİ-nin vacib təırəfdaşlarından biridir.

"Azərbaycan qazının tədarükünün iki dəfə artırılmasını nəzərdə tutan 2022-ci ilin yayında imzalanmış Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum (Azərbaycan ilə Avropa İttifaqı (Aİ) imzalayıb.

Slovakiya Bolqarıstandan keçməklə “Həmrəylik halqası” vasitəsilə qaz ala bilər. Hazırda STRING-in problemli hissəsi Rumıniya ilə Macarıstan arasında sərhəddə yerləşir”, - Bodnar əlavə edib.

Xatırladaq ki, 2023-cü ilin aprel ayında Sofiyada “Həmrəylik halqası” (STRING) təşəəbbüsü çərşivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR (Azərbaycan) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Hələlik təşəbbüs Avropa Komissiyası tərəfindən öyrənilmə mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti