...

İsrail Rəfaha daxil olarsa, silah tədarükü dayandırılacaq - Bayden

Dünya xəbərləri Materials 9 May 2024 03:14 (UTC +04:00)

Bakı. Trend:

İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə daxil olarsa, ABŞ İsrailə silah tədarükünə son qoyacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

“Açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha girsələr, silah tədarük etməyəcəyəm”, – Bayden deyib.

Bununla belə, Baydenin fikrincə, İsrail sözügedən münaqişədə qırmızı xətti keçməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti