...

Azərbaycan azad və inkişaf edən yəhudi icmasının evidir - İsrailli diplomat

Siyasət Materials 8 May 2024 23:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

Trend xəbər verir ki, israilli diplomat bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan azad və inkişaf edən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı, yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının azadlığını və bərabərliyini görmək ürəkaçandır", - Aliza Bin Nun qeyd edib.

Xəbər lenti

Xəbər lenti