...

"Real" 18-ci dəfə finalda (VİDEO)

İdman Materials 9 May 2024 01:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, cavab oyunlarının son günündə diqqətlər Madridə yönəlib.

Turnirin ən titullu komandası “Real” “Bavariya”nı qəbul edib. 15-ci kubokunu hədəfləyən İspaniya nəhəngi tarixində 18-ci dəfə finalda oynamaq hüququ əldə. Madridlilər çətin qələbə qazanıblar. Hesabda geri düşən "Real" son dəqiqədə 2 qol vuraraq, əzmkarlıq nümayiş etdirib - 2:1.

Qeyd edək ki, iyunun 1-də “Uembli”də keçiriləcək finala ilk vəsiqəni Dortmund “Borussiya”sı qazanıb.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. “Real” – “Bavariya” - 2:1

Qollar: Xoselu, 88; 90+1 - Alfonso Devis, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti