...

Azərbaycan çempionatında hakimi təhqir edən klub rəsmisi cəzalanıb

İdman Materials 8 May 2024 13:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan çempionatının Əvəzedicilər liqasında xoşagəlməz hadisə baş verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2” matçında yaşanıb.

“Sumqayıt-2”ın inzibatçısı Elnur Hüseynov hakimi təhqir edib. AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan inzibatçı ilə bağlı qərar verib.

Klub rəsmisi 5 oyun cəzalanıb. “Sumqayıt-2” 400 manat cərimə edilib.

Qeyd edək ki, çempionatın sonuna 3 tur qaldığı üçün Sumqayıt təmsilçisi mövsümü inzibatçısız bitirəcək.

Xəbər lenti

Xəbər lenti