Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn edilib.
Trend xəbər verir ki, şəhidin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb.
xxx
14:31
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi keçirilir.
Trend-in yerli bürosu xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli kəndindəki evində vida mərasimi keçirilir.
Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.