Bakı. Trend:
Amerika Birləşmiş Ştatları bütün qoşunlarını Nigerdən çıxaracaq.
Trend xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələrdə bildirib.
Bundan əlavə, o, Qərbi Afrikanın dənizə çıxışı olan bəzi dövlətlərində hərbi mövcudluğun yaradılması imkanının nəzərdən keçirildiyini açıqlayıb.